05.05.2016-cı il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevə və IX Ümumrespublika kitab bayramı gününə həsr edilmiş sərgi keçirildi. Sərgiyə Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, müsəsisə, idarə rəhbərləri və mədəni-maarif işçiləri baş çəkdilər. Sərgi açıq hava altında təşkil olunmuşdu. Elmin müxtəlif sahələrinə, bədii əsərlərə yer verilən sərgidə dünya şöhrətli siyasətçi dahi öndərimizin həyat və fəailiyyətindən, rəhbərlik qabiliyyətindən, böyük humanizmindən bəhs edən ədəbi nümunələr sərginin dəyərini artırdı.